Xəzər Xəbər

Tərtərdə göydən palçıq yağdı - Təbiət hadisəsi... - VİDEO

Veb TV | 20:53 • 25 May 2017
Tərtərdə göydən palçıq yağdı -

Tərtər rayonuna ötən gün yağışdan bir neçə dəqiqə sonra palçıq yağıb. İki saata qədər davam edən palçıqlı yağış kənd təsərrüfatı məhsullarına zərər vurub.

Tərtər rayonunda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarında palçıqlı yağışla müşayiət olunub.

Rayon sakinləri yağışın rənginin qeyri-adi olduğunu deyirlər. Belə ki, əvvəlcə qırmızı rəngə çalan yağış sonradan sarıya çevrilib.

Yerli sakinlərin sözlərinə görə, bu cür yağış bostan bitkilərinə, meyvə bağlarına və gülçülüyə ciddi ziyan vurub.

Palçıqlı yağış rayonun bir neçə kəndində iki saata qədər davam edib.


Xəbər lenti

Çox oxunanlar