Xəzər Xəbər

Lənkəranda marketə basqın: kassadakı pullar belə aparılıb - VİDEO

Veb TV | 20:03 • 18 May 2017
Lənkəranda marketə basqın: kassadakı pullar belə aparılıb -

Lənkəranda bir nəfər əlində bıçaqla marketə girərək satıcıya hədə-qorxu gəlib, kassadakı pulları aparıb.

Xezerxeber.az məlumat verir ki, hadisə marketdə quraşdırılmış təhlükəsizlik kamerasına da düşüb.

Görüntülərdən məlum olur ki, o, sakitcə içəri girir və bıçağı çıxardaraq satıcıya yaxınlaşıb pul tələb edir.

Basqın hadisəsi günorta saatlarında Lənkəran şəhəri, Mirzə Məhəmmədhüseyn Axund küçəsində gündəlik tələbat malları satılan marketdə baş verib. Mağazada satıcısı işləyən Sadiq İsmayılovun sözlərinə görə, saat 11:00 radələrində məhəllə sakini, əvvəllər məhkumluq həyatı yaşamış Nicat adlı şəxs kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla onu hədələyib və pul istəyib.

Nicat daha sonra kassada olan 550 manat pulu götürərək oradan uzaqlaşıb. Hadisə marketdə quraşdırılmış təhlükəsizlik kamerasına düşüb.

Əlində bıçaq olan şəxs pulu götürdükdən sonra satıcı Sadiq İsmayılov ona müqavimət göstərib ki, digər əşyalara toxunmasın.

Hadisə ilə bağlı dərhal Lənkəran Şəhər Polis Şöbəsinə məlumat verilib. Soyğunçunun tutulması istiqamətində işlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar