Xəzər Xəbər

Bakıda silahlı insident olub, polis cinayətkarı axtarır - VİDEO

Veb TV | 20:30 • 20 Aprel 2017
Bakıda silahlı insident olub, polis cinayətkarı axtarır -

Bakıda silahlı insident olub.

Xezerxeber.az məlumat verir ki, hadisə gecə saatlarında Salyan şosesində yerləşən beşmərtəbəli binanın yanındakı avtoyuyucu məntəqəsində qeydə alınıb. Atışma nəticəsində 2 nəfər xəsarət alıb. Məlumata görə, yaralılar 31 yaşlı Şamaxı rayon sakini Ələddin Bağırov və 17 yaşlı Firudin İsmayilov 1 sayli şəhər xəstəxanasına yerləşdiriliblər. İlkin müayinələr zamanı Ələddin Bağırova aşağı ətrafların odlu silah yarası diaqnozu qoyulub. Digər yaralı isə xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Faktla bağlı Səbail rayon polis idaərsində araşdırmalara başlanılıb. İlkin məlumata görə, hadisəni törədən Soltan Turabov adlı şəxsdir. Hazirda polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti