Xəzər Xəbər

Xalq artistinin sərxoş halda qəza törədən arvadına hökm oxundu - VİDEO

Veb TV | 16:19 • 9 Mart 2017
Xalq artistinin sərxoş halda qəza törədən arvadına hökm oxundu -

Xəbər verdiyimiz kimi, Rusiyanın xalq artisti Nikolay Karaçentsovun həyat yoldaşı Lüdmila Porgina sərxoş halda avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum ola bilər.

İstiPress xəbər verir ki, bu gün Porgina haqqında qərar verilib. Tibbi ekspertiza aşkar edib ki, qəza zamanı Porginanın qanında 0,30 profil alkoqol olub. Lakin məhkəmə tibbi ekspertiza zamanı o, içkili olmasını rədd edib.

Məhkəmə qərarına əsasən Lüdmila Porgina 18 ay müddətinə sürücülük vəsiqəsindən məhrum olub.

Xatırladaq ki,fevral ayının 27-i baş verən avtomobil qəzasında sükan arxasında L. Porgina əyləşib. Avtomobildə şərnişin yerində əyləşən həyat yoldaşı, Rusiyanın xalq artisti Nikolay Karaçentsov ağır xəsarət almış. O, hadisə yerindən birbaşa reanimasiyaya aparılmışdı.

Xəbər lenti