Xəzər Xəbər

VİDEO: Buraxılış imtahanı üçün iki fərqli test tapşırığı: Bəs əsas vəsait hansıdır?

Veb TV | 20:03 • 24 Fevral 2017
VİDEO: Buraxılış imtahanı üçün iki fərqli test tapşırığı: Bəs əsas vəsait hansıdır?

9-cu sinifdən buraxılış imtahanına eyni fənndən iki fərqli test tapşırıqlarından istifadə tapşırılıb. 

Xezerxeber.az məlumat verir ki, Riyaziyyat fənni üzrə test tapşırıqlarını həm Dövlət İmtahan Mərkəzi, həm də müstəqil müəlliflər hazırlayıb. Məsələ burasındadır ki, orta məktəblərdə şagirdlərə hər iki nümunədən istifadə etmək tapşırılıb. Sual yaranır ki, imtahanı keçirən Dövlət İmtahan Mərkəzinin test tapşırıqları varsa, əlavə vəsaitə nə ehtiyac var? 

Nümunələr təxminən eyni qiymətə- 5-6 manata satılır. Dövlət İmtahan Mərkəzinin test tapşırıqları 249 səhifədir, digəri 128. Birincinin yaradıcı heyyəti 40-a yaxın peşəkardan ibarətdir, digərinin isə sadəcə 2 müəllifi var. Tapşırıqların tərkibi də fəqrlidir. 

Təhsil eksperti Rəsul Ağayev bildirir ki, Dövlət İmtahan Mərkəzi test tapşırıqlarının çap olunacağını ötən ilin noyabrından xəbər vermişdi. Amma həmin vəsait 2 ay sonra nəşr olunduğundan müstəqil müəlliflər üçün şans yarandı və onlar öz məntiqlərinə uyğun nümunə hazırlayıb satışa çıxardılar. 

Müstəqil müəlliflərin hazırladığı vəsait biliyi artıra bilər. Amma söhbət imtahandan gedirsə, mütləq imtahanı təşkil edən Dövlət İmtahan Mərkəzinin vəsaitindən istifadə edilməlidir. Halbuki, məktəblərdə hər iki nümunə məsləhət görülür. 

Təhsil Nazirliyindən “Xəzər Xəbər”ə bildirdilər ki, müstəqil müəlliflərin hazırladığı nümunəni istifadə etmək məcburi deyil. Müəllimlər əlavə vəsait kimi sadəcə məsləhət görə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar