Xəzər Xəbər

"Facebook"da yenilik - "Discord"la eyni xüsusiyyətə malik olacaq

Texnologiya | 11:06 • 30 İyun 2022
"Facebook"da yenilik - "Discord"la eyni xüsusiyyətə malik olacaq

"Facebook” yeni funksiyasını elan edib.

XəzərXəbər  xəbər verir ki, Meta "Facebook” qrupları üçün yeni funksiyasını elan edib. Sosial media platformasındakı bu dəyişiklik mesajlaşma platforması "Discord” ilə oxşarlıqları ilə diqqət çəkib.

Belə ki, Meta bir sıra yeni funksiyalar, o cümlədən qruplar üçün yeni yan panel, eləcə də adminlərin söhbət, audio və yayım kanalları yaratmaq qabiliyyətinə imkan yaradan yeni funksiyanı işə salıb. Yan panel istifadəçilərə qrup məzmununa daha çox nəzarət etmək məqsədi daşıyır.

Qeyd edək ki, dəyişikliklər və yeniliklər hazırda sınaq mərhələsindədir, lakin Metanın bu xüsusiyyətləri yaxın aylarda təqdim edəcəyi gözlənilir./azxəbər

Xəbər lenti