Xəzər Xəbər

Telefonlarımızı necə şarj etməliyik? - Bunlarda diqqətli olun

Texnologiya | 09:24 • 30 İyun 2022
Telefonlarımızı necə şarj etməliyik? - Bunlarda diqqətli olun

Bir çoxumuz telefonlarımızı düzgün şarj etmə qaydalarını bilmirik. 

XəzərXəbər xəbər verir ki, telefonu şarj etmək üçün onun enerjisinin tamamilə bitməsini gözləmək lazım deyil. Gün ərzində vaxtaşırı batareyanı doldurmaq lazımdır. 

Çalışın zədələnmiş şarj cihazlarını və kabelləri heç vaxt istifadə etməyin. Hətta bu zədə çox cüzi olsa belə...

Mütəxəssislər yalnız orijinal enerji cihazlarını işlətməyi tövsiyə edirlər. 

Telefonun batareyasını doldurarkən qadcetlərdən intensiv istifadə etməyin. Bu telefonunuzun həddindən artıq isinməsinə və hətta onun zədələnməsinə gətirib çıxara bilər. 

Son olaraq onu da qeyd edək ki, şarja qoşulmuş telefonunuzu yastığın, yorğanın, paltarın altına qoymayın. Bu həm öz sağlamlığınız, həm də telefonunuz üçün ziyandır. /Lent.az

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022