Xəzər Xəbər

Avropa İttifaqı ölkələrində elektrovelosipedlərin sayı artır

Texnologiya | 16:22 • 22 Sentyabr 2021
Avropa İttifaqı ölkələrində elektrovelosipedlərin sayı artır

Avropa İttifaqı ölkələrində əsl elektrovelosiped bumu yaşanır.

Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən aparılan tədqiqatların nəticələri bunu sübut edir. Ekoloji cəhətdən təmiz olan bu nəqliyyat növündən istifadə koronavirus pandemiyası dövründə daha sürətlə populyarlıq qazanıb. Cari ilin əvvəlində Avropa İttifaqına üzv ölkələrdəki şəxsi evlərdə belə nəqliyyat vasitəsi ötən illə müqayisədə 20 faiz çox idi. Təkcə Almaniyada bu ilin əvvəlində təqribən 7,1 milyon elektrovelosiped qeydə alınıb. Ötən il bu göstərici 5,9 milyona bərabər olub.

Lakin elektrovelosipedlərin sayının artması ilə yanaşı, qəzaların da sayı artıb. Məlumatlara əsasən, elektrovelosipedlə baş verən yol-nəqliyyat hadisələrində əvvəllər görünməmiş dərəcədə daha çox insan həlak olub. Xüsusilə nəzərəçarpan odur ki, bu, qəzaların daha az müşahidə edildiyi il ərzində baş verib. Qəzaların da ümumi sayı 2019-cu illə müqayisədə aşağı olub.

Xəbər lenti