Xəzər Xəbər

Telefonun ekranından yaxma götürəcəklər

Texnologiya | 16:45 • 26 İyun 2021
Telefonun ekranından yaxma götürəcəklər

Koronavirusu test etmək üçün yeni yaradılan analiz metodu PoST adlanır.

London Oflalmoloji institutunun üzvlərinin kəşf etdiyi bu metodla insanın şəxsi mobil telefonunun eksranından PZR yaxma götürməklə onun kovid olub-olmadığını 90-100% hallarda dəqiq təyin edir.

İnsanın tez-tez telefonla danışarkən ağız suyundan ekrana çökən hissəciklərdə mütləq virus zərrəcikləri qalır.

Yeni testin sınaqları zamanı telefonundan yaxma testi müsbət çıxanların burundan PZR yaxması da müsbət çıxıb. Bu isə yeni metodun dəqiq olduğunu sübut edir.

PoST testi smartfon sahibininkoronavirusun hansı stamina yoluxduğunu da təyin edir.

Metodun müəllifləri hesab edir ki, bu test ən ucuz, qeyri-invaziv və PZR testə layiqli alternativ analiz növüdür.

Bu metodla virusa yoluxub simptomsuz keçirənləri də aşkar etmək mümkün olur./Medicina.az 

Xəbər lenti