Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

“Instagram”dan yeni maraqlı funksiya: Gizlətmək mümkün olacaq

Texnologiya | 17:07 • 12 İyun 2021
“Instagram”dan yeni maraqlı funksiya: Gizlətmək mümkün olacaq

"Instagram" "bəyənmə" sayını gizlətmə imkanı yaradıb.

Bu barədə "hi-tech" xəbər yayıb

Məlumata görə, bu addım paylaşımlarının çox da diqqət çəkmədiyini düşünən insanlar üçün edilib.

"Instagram" əvvəlcə bütün istifadəçilər üçün "bəyənmə" sayını gizlətməyi düşünürdü (ancaq paylaşım sahibləri bunu görə bilərdi).

Lakin sonradan şirkət nümayəndələri fikrini dəyişdi: Bu funksiyadan yararlanma imkanı istifadəçilərin öhdəsinə qoyuldu.

 

Artıq bütün dünyadan olan istifadəçilər bəyənmə və baxış sayının gizlətməyin mümkün olduğu barədə xəbərdarlıqlar almağa başlayıblar.

Xəbər lenti

Çox oxunanlar