Xəzər Xəbər

“Facebook” kameralı “ağıllı” saat istehsal edəcək

Texnologiya | 14:31 • 10 İyun 2021
“Facebook” kameralı “ağıllı” saat istehsal edəcək

“Facebook” şirkəti çıxarıla bilən kameralı “ağıllı” saat buraxmağı planlaşdırır.

Bu barədə məşhur "Kommersant" nəşri yazıb.

Təqdim ediləcək cihaz ağ, qara və qızılı rəngdə olacaqdır. Onun aksessuarın qiyməti təxminən 400 dollar təşkil edəcək. Bununla yanaşı “Facebook”un “ağıllı” saatları LTE dəstəyini alacaq və bu funksiyadan smartfonsuz istifadə etmək mümkün olacaq. Həmçinin cihazın iki kamerası olacaq. Bunlar, videozənglər üçün ekrana yerləşdirilmiş ön kamera və foto (video) çəkiliş üçün əsas kameradır.

“Facebook”un ilk “ağıllı” saatının 2022-ci ilin yayında bazara çıxması gözlənilir./Metbuat.az

Xəbər lenti

Çox oxunanlar