Xəzər Xəbər

Yeni nəsil “Wi-Fi” çipləri: nə vaxt əlçatan olacaq?

Texnologiya | 18:36 • 3 İyun 2021
Yeni nəsil “Wi-Fi” çipləri: nə vaxt əlçatan olacaq?

“Qualcomm”, “MediaTek” və “Broadcom” şirkətləri “Wi-Fi 7” çiplərinin hazırlanmasına başlayıblar.

Məlumata görə, simsiz rabitə standartının növbəti nəsil çipləri məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Bundan başqa, “Wi-Fi 6” və “Wi-Fi 6E” standartlarının varisi simsiz rabitənin əhatə dairəsini də genişləndirəcək.

Köhnə qurğular yeni nəsil çipləri dəstəkləyəcək. Mütəxəssislər “Wi-Fi 7” çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər./Lent.az 

Xəbər lenti