Xəzər Xəbər

Mark Zukerberqdən gözlənilməz açıqlama: 10 il sonra insanlar "şüalanacaq

Mark Zukerberq "şüalanma” ilə bağlı maraqlı açıqlama verib.
Texnologiya | 19:13 • 11 Mart 2021
Mark Zukerberqdən gözlənilməz açıqlama: 10 il sonra insanlar "şüalanacaq
"Facebook” sosial şəbəkəsinin yaradıcısı və sahibi Mark Zukerberq "şüalanma” ilə bağlı maraqlı açıqlama verib.
 
Zukerberq insanların "şüalanma” texnologiyasından nə zaman istifadə edə biləcəyini deyib. O bildirib ki, insanlar 10 il ərzində iclaslara, müxtəlif yerlərə "şüalanaraq” gedə biləcəklər.
 
Mark həmçinin virtual gerçəkliyə sərmayə qoymağın məntiqli olduğunu söyləyib. O qeyd edib ki, "şüalanma” təkcə insanların hərəkətini asanlaşdırmayacaq, həm də planet üçün yaxşı olacaq. Belə ki, o, virtual gerçəkliyə keçid sayəsində karbon qazı emissiyalarının əhəmiyyətli dərəcədə azalacağını vurğulayıb. 
 
"Lakin bunun üçün 10 milyon aktiv istifadəçi olmalıdır", - deyə Mark bildirib./Sfera.az
 

Xəbər lenti