Xəzər Xəbər

"Xiaomi" 5 məşhur modelinə dəstək göstərməyəcək

Texnologiya | 12:28 • 22 Noyabr 2018
"Xiaomi" 5 məşhur modelinə dəstək göstərməyəcək

Şirkət özünün 5 smartfon modelinin dəstəyini dayandırıb

"Xiaomi" şirkəti Android smartfon istehsalçıları arasında öz məhsullarının uzunmüddətli dəstəyi ilə tanınır. Lakin heç nə sonsuz deyil. Belə ki, şirkət MIUI interfeysinin yenilənmiş versiyalarının 5 məşhur "Xiaomi" modeli üçün çıxmayacağını elan edib. Beləliklə, şirkət özünün 5 smartfon modelinin dəstəyini dayandırıb.

XəzərXəbər xəbər verir ki, bu gündən "Xiaomi" şirkəti Redmi Note 3 Pro, Mi5, Mi4, Mi4C və Mi4S modelləri üçün daha MIUI yenilənməsini təqdim etməyəcək. Mi5 və Redmi Note 3 Pro modelləri üçün sonuncu stabil MIUI yenilənməsi MIUI 10.2, Mi4, Mi4S və Mi4C modelləri üçün isə sonuncu stabil MIUI yenilənməsi MIUI 10.1 olmuşdu.

Şirkət həmçinin bu smartfon modelləri üçün test yenilənmələri dəstəyini də dayandıracaq. Maraqlısı ondadır ki, şirkət Mi5 ilə eyni ildə satışa çıxmış Mi5S ilə Mi5S Plus modellərinin dəstəyini davam etdirəcək. Buna baxmayaraq, Mi4 modelinin dəstəyi 4 il ərzində reallaşdırılıb. Digər smartfon istehsalçıları öz məhsullarına nadir hallarda bu cür diqqət ayırırlar.

Qeyd etmək lazımdır ki, burada söhbət, hələ ki, çinli istifadəçilər üçün olan interfeys yenilənməsi dəstəyinin dayandırılmasından gedir. Şirkət qlobal istifadəçilər ilə bağlı heç bir məlumat verməyib. (technote.az)

Xəbər lenti