Çin dünyanın ən sürətli kompüteri sahəsində bu ildə birinciliyini qoruyub.
ABŞ və Almaniyadakı kompüter mütəxəssisləri tərəfindən ildə iki dəfə hazırlanan "Dünyanın ən sürətli 500 super kompüteri” siyahısının lideri Çinin "Sunway-TaihuLight” məhsulu olub.
Bu kompüter tamamilə yerli mütəxəssislərin yer aldığı qrup tərəfindən istehsal edilib. Saniyədə 93 petaflopluq əməliyyat gücünə sahib olan "Sunway-TaihuLight”dan sonra yenə Çin istehsalı olan "Tienhı-2” dünyanın ən sürətli kompüteri siyahısında qərarlaşıb.
Üçüncü sırada İsveç istehsalı 19.6 petaflop gücünə sahib "Piz Daint”, 4-cü sırada isə Yaponiyanın 19.1 petaflop gücündəki "Gyoukou” kompütüerləri qərarlaşıb. İlk beşliyi ABŞ-ın 17.6 petaflop gücünə sahib "Titan” kompüteri tamamlayıb./publika.az