Xəzər Xəbər

"Facebook" istifadəçilərinin sayı – AÇIQLANDI

Texnologiya | 15:42 • 5 May 2017
"Facebook" istifadəçilərinin sayı

İlin ilk rübünə aid maliyyə nəticələrini açıqlayan Facebook sürətlə böyüməyə davam edir.

2017-ci ilin ilk rübünü ə 8.03 milyard dollar gəlir və 3 milyard dollar mənfəət ilə bağlayan Facebook ötən ilin eyni dövründəki 1.86 milyard olan aylıq aktiv istifadəçi sayını 4.3 faiz artıraraq 1.94 milyarda yüksəldib.

Şirkət ötən ilin ilk rübündə 5.38 milyard dollarlıq gəlirini 49 faiz artıraraq 8.03 milyard dollar çıxarıb.

Facebook 2016-cı ilin son rübündə isə 8.80 milyard dollar gəlir əldə etmişdi.

Mənfəətini də artırmağı bacaran sosial media nəhəngi 2016-cı ili ilk rübündə 1.73 milyard dollar olan məbləği 3 milyard dollara qədər yüksəldib.

Qeyd edək ki, Facebook-un ötən ilin son rübündə isə 3.56 milyard dollar mənfəət əldə edib.

Şirkət 2016-cı ilin son rübünə nisbətən 17 faiz artaraq 65 milyard olan aylıq aktiv istifadəçi sayını 1.94 milyarda yüksəldib.

Günlük aktiv istifadəçi rəqəmlərində da kiçik bir artım edən Facebook 2016-cı ilin ilk rübündə 1.09 milyard, dördüncü rübündə isə 1.22 milyard olan gündəlik aktiv istifadəçi sayını 2017-də 1.28 milyarda qaldırıb.

Qeyd edilir ki, böyük ehtimalla 2017-ci ilin ikinci rübündə Facebook 2 milyard aylıq aktiv istifadəçini keçəcək.

Şirkətin CEO-su Mark Zuckerberg maliyyə hesabatlarla əlaqədar verdiyi açıqlamada qeyd edib ki, 2017-ci ilə yaxşı başlayıblar.

Şirkət rəhbərinin sözlərinə görə, Facebook şiddət məzmunlu videoların qarşısını almaq üçün 3 min nəzarətçini bu videoların məzmunlarını araşdırılmları üçün işə götürəcək.

Xəbər lenti