Xəzər Xəbər

Dünyada ən sürətli plyonkalı fotokamera ixtira edilib

Texnologiya | 17:22 • 4 May 2017
Dünyada ən sürətli plyonkalı fotokamera ixtira edilib

İsveçin Lund Universitetinin mütəxəssisləri dünyada ən sürətli plyonkalı fotokamera ixtira ediblər.

Xezerxeber.az məlumat verir ki, yeni fotoaparat hətta işığın hərəkətini görməyə imkan verir. Onun sürəti saniyədə 5 trilyon kadrdır.

Yeni unikal fotokameranı nümayiş etdirən mütəxəssislər fotonların hərəkət sürətini qeydə almağa müvəffəq olublar. Bu proses pikosaniyə ərzində baş verir, yeni fotoaparat onu qeydə alıb və sürəti trilyon dəfə azaldılmış formada baxmağa imkan verib.

İsveç alimlərinin ixtirası çəkiliş sürətinə görə rekorda imza atıb.

Xəbər lenti

Çox oxunanlar