Xəzər Xəbər

Hadisə haqqında şok iddia: Məşhur iş adamından hamilə qalıb VİDEO

Şou Biznes | 15:36 • 3 Sentyabr 2021
Hadisə haqqında şok iddia: Məşhur iş adamından hamilə qalıb

Türkiyəli müğənni Hadisə bu dəfə də şəxsi həyatı ilə yerli və türk mətbuatının gündəmini zəbt edib.

XəzərXəbər xəbər verir ki, ötən gün “Söylemezsem olmaz” proqramına qatılan model Deniz Akkaya verdiyi açıqlamaları ilə diqqət çəkib.

Hadisənin şəxsi həyatından danışan Deniz sənətçinin Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabdan hamilə qaldığını bildirib. Məhz bundan sonra Ebru Gündeş Rza ilə həyat yollarını ayırıb.

Xatırladaq ki, bir müddət əvvəl Rzanın həyat yoldaşı Ebru Gündeşə xəyanət etdiyi məşhurlar arasında Hadisənin də adı çəkilib. Bu xəbərlərin yayılmasına səbəb Ebru Gündeşin falçısının Hadisəni Zərrabın Amerikadakı evində görməsi olub.

Hadisə isə bu haqda açıqlama verərək yayılan məlumatları təkzib edib, Ebru Gündəşin onu gözü götürmədiyini, xoşbəxtliyini və karyerasındakı uğurları qısqandığını bildirib.

Xəbər lenti