Xəzər Xəbər

Aynişan həyat yoldaşından yazdı: “100 dəfə küsüb barışandan sonra...”

Şou Biznes | 14:46 • 2 Mart 2020
Aynişan həyat yoldaşından yazdı:

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva idmançı həyat yoldaşı Kənan Əliyevlə bal ayına Baliyə yollanıb.

Cütlük romantik və rəngarəng tətil fotolarını paylaşmağa davam edir.

Lampuan məbədini ziyarət edən Aynişan yolda başına gələnləri izləyiciləri ilə paylaşıb.

"Məbədə getmək üçün gecə saat 4-də oyanıb yola düşdük. Qaldığımız hoteldən ora təxminən 1,5 saat yol getdik. Sonra yarım saat yoxuşu piyada çıxdıq... Nəticə etibarı ilə yol arkadaşım, həyat yoldaşım fotomu çəkə bilmirdi. 100 dəfə küsüb barışandan sonra böyük həyəcanla çəkdi. Ora tez getməyimizin səbəbi odur ki, günorta saatlarında insan axını olur, foto üçün dəhşət çox sıra olur”.

Xəbər lenti