Xəzər Xəbər

Krım hansı ölkəyə məxsusdur? – Ukraynalı gözəlin şok cavabı

Şou Biznes | 13:11 • 26 Oktyabr 2019
Krım hansı ölkəyə məxsusdur?

"Miss Ukrayna – 2019” gözəllik yarışmasının qalibi Marqarita Paşa Krımın hansı ölkəyə məxsus olması ilə bağlı suala qeyri-adi cavab verib.

Jurnalistlərin Krımla bağlı sualını o, belə cavablandırıb: "Krım bütün insanlara məxsusdur. Yer üzünün bütün ərazisi biz insanlarındır”.

Model bacısının Krımda, Feodosiyada yaşadığını və uşaqlıqda tez-tez yarımadada istirahət etdiyini söyləyib.

Bir müddət əvvəl Marqarita Paşa Ukrayna dilində müsahibə verməkdən imtina etdiyi efirə buraxılmırdı.

Model sonradan fikrini hansı dildə ifadə etməyə özü qərar verdiyini, eyni zamanda, həm rus, həm də Ukrayna dillərini bildiyini və ölkəsini sevdiyini demişdi.


Xəbər lenti