Xəzər Xəbər

Tarkan sudan da pul qazanır – 3 milyon qonorar

Şou Biznes | 16:11 • 14 Dekabr 2018
Tarkan sudan da pul qazanır

Müğənni Tarkanın instaqram-da müzakirələrə səbəb olan video paylaşıb.

Qafqazinfo xəbər verir ki, sənətçi avtomobildə olarkən lentə aldığı görüntülərini sosial şəbəkədə yayaraq çəkilişə getdiyini bildirib: "Mən səhər tezdən hara gedirəm? Çəkilişə… Amma bu klip çəkilişi deyil, başqa bir şeydir”.

1 milyondan çox baxılan, 12 minə yaxın şərh yazılan görüntülərdən belə nəticəyə gəlinib ki, sənətçi yeni layihə üzərində çalışır.

Lakin daha sonra məlum olub ki, Tarkan reklam şirkəti ilə müqavilə imzalayıb. Həmin video da görüşə gedərkən lentə alınıb. O, məşhur su firmasının siması seçilərək 3 milyon TL qonorar əldə edib.

Xəbər lenti