Xəzər Xəbər

Şakira vergi verməkdən yayınır? 14,5 milyon avro

Şou Biznes | 11:41 • 8 Dekabr 2018
Şakira vergi verməkdən yayınır?

İspaniya prokurorluğu müğənniyə qarşı iddia qaldıracaq.

İspaniyada müğənniŞakira14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Yaxın vaxtlarda İspaniya prokurorluğu müğənniyə qarşı iddia qaldıracaq.

Ölkənin vergi orqanları hesab edir ki, Şakira gəlir və əmlak vergisi ödəməyib.

İspaniya qanunvericiliyinə görə, il ərzində altı aydan çox müddətdə ölkə ərazisində yaşayan şəxslər avtomatik vergi ödəyicisi statusu alır.

Qeyd edək ki, əslən kolumbiyalı olan Şakira İspaniyada fasilələrlə olsa da, 2011-ci ildən yaşayır. (Oxu.az)

Xəbər lenti