Xəzər Xəbər

Monika Belluççi pərəstişkarlarını HEYRAN ETDİ – FOTO

Şou Biznes | 11:22 • 24 Mart 2018
Monika Belluççi pərəstişkarlarını

53 yaşlı aktrisa Monika Belluççi növbəti dəfə pərəstişkarlarını özünə heyran qoyub.

Artist dünən Romada David di Donatello kino mükafatlarının təqdimetmə mərasimində iştirak edib. Təntənəli tədbir üçün aktrisa "Balmain” moda evindən qara zərli parçadan tikilən, dərin dekoltesi və yarığı olan uzun libas seçib.

Belluççi bədən quruluşunu vurğulayan paltarını çox hündür, platformalı bosonojkalarla tamamlayıb. Aksessuar olaraq incə boyunbağı, balaca, sırıqlı və zəncirli əl çantasına üstünlük verib. Makiyajda əsas diqqət gözlərə verilib. O, bob saç stilini qəhvəyi dodaq boyası ilə vurğulayıb.

Onun obrazının ən maraqlı detalı adsız barmağa taxdığı qiymətli təkqaş üzüyü olub.

İddialara görə, üzüyü Monika Belluççiyə sevgilisi hədiyyə edib. Qərb KİV-nə inansaq, 53 yaşlı ulduz 45 yaşlı fransalı aktyor Jilyem Lelluşla görüşür. Mənbələrin sözlərinə görə, onların münasibətində hər şey qaydasındadır./publika.az






Xəbər lenti