Çağatay Ulusoy indidən Hollivud ulduzları ilə səmimi münasibətə başlayıb.
Tanınmış aktyor Yeni İli Bleyk Layvli və Ryan Reynoldsun Nyu Yorkdakı malikənəsində qarşılayacaq.
4 aydır Los Ancelesdə yaşayan Ulusoy aktyor müəllimi Lori Layvli ilə üzünə açılan qapılar sayəsində bir çox dünya şöhrətli prodüser və rejissorla tanış olub. O, qatıldığı tədbirlərin birində 2018-ci ili qarşılamaq üçün Bleyk Layvlidən lüks malikanələrində keçiriləcək partiyə dəvət alıb.
Nyu Yorkun Bedford qəsəbəsində 2 milyon dollarlıq villalarında mərasim keçirəcək olan Hollivudun məşhur cütlüyü Çağatayla yanaşı bir çox dünya şöhrətli ulduzu qonaq edəcək.
Qeyd edək ki, ötən il də "Dolce & Gabbana”nın Los Ancelesdəki pijama partisinə qatılan Çağatay Ulusoy Bleyk və Ryan cütlüyünü qonağı olan yeganə türkiyəli aktyor idi.
publika.az