Xəzər Xəbər

"John Wick 3" filminin premyera tarixi açıqlandı

Şou Biznes | 13:56 • 19 Sentyabr 2017
"John Wick 3" filminin premyera tarixi açıqlandı

Lionsgate və Summit film studiyaları, "John Wick 3" filminin premyera tarixini açıqladılar.

XəzərXəbər technote.az-a istinadən bildirir ki, bir çoxları tərəfindən bəyənilən bu film seriyasının 3-cü hissəsi, 17 May 2019-cu il tarixində izləyicilərə təqdim olunacaq. Hələki həmin qrafikdə "John Wick 3" filminin hansısa rəqibi yoxdur. Qeyd etmək lazımdır ki, əvvəlki iki film, böyük premyeraların olduğu ərəfələrdə təqdim olunmamışdı. Çox güman ki, filmin yaradıcıları bu seriyada böyük potensial gördükləri üçün, 3-cü hissəni, yay filmləri ərəfəsinə salıblar. 1-ci film, 88 milyon dollar, 2-ci film isə 170 milyon dollar gəlir gətirmişdi. 3-cü filmin rejissoru, keçmiş 2 filmi ərsəyə gətirmiş Chad Stahelski olacaq. Bundan əlavə olaraq Lionsgate bir neçə müddət bundan öncə bildirmişdi ki, bu maraqlı seriya təkcə filmlərlə deyil, həmdə televiziya serialları ilə də öz yoluna davam edəcək.

Xəbər lenti