Xəzər Xəbər

Lənkəranda zəncirvari qəza: yaralılar var FOTO

Region | 14:30 • 11 Mart 2024
Lənkəranda zəncirvari qəza: yaralılar var

Lənkəranda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ağaddin Qasım oğlu Qasımovun idarə etdiyi "QAZel" markalı yük avtomobili, 1990-cı il təvəllüdlü İsmayıl Əvəzəli oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “VAZ-2106” minik avtomobili deformasiyaya uğrayıb və əraziyə FHN-in xüsusi xilasetmə hissəsinin əməkdaşları cəlb olunub. “VAZ” avtomobilində sıxılıb qalan Lənkəran rayonunun Şağlaküçə kənd sakinləri 1990-cı il təvəllüdlü Ramin Əlabbas oğlu Şükürov və 1989-cu il təvəllüdlü Ağasif Fəzail oğlu İsmayılov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. "QAZel" də sərnişin qismində olan Lerik rayonunun Hamarmeşə kənd sakini 1965-ci il təvəllüdlü Qasım Rüstəm oğlu Qasımov da xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti