Xəzər Xəbər

Kollecdə ciddi nöqsanlar aşkarlanıb

Region | 14:53 • 11 Mart 2024
Kollecdə ciddi nöqsanlar aşkarlanıb

2023-cü ilin dekabr ayından etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində Agentlik tərəfindən qəti tədbirlər həyata keçirilir.

Agentlikdən Xezerxeber.az-a bildirilib ki, Göyçay Rayon Prokurorluğunun 2023-cü il 12 dekabr tarixli qərarına əsasən Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2024-cü il yanvarın 29-dan etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılır.

Araşdırma zamanı kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

Çox oxunanlar