Xəzər Xəbər

Qubada ağır qəzada 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb FOTO

Xəsarət alan yaralının da vəziyyəti ağırdır
Region | 10:26 • 17 Oktyabr 2021
Qubada ağır qəzada 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Oktyabrın 16-sı gecə saatlarında Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, Quba rayonunun Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi 90-ZV-745 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Avtomobildə olan 3 nəfər hadisə yerində ölüb. Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılan iki nəfər yaralıdan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti