Xəzər Xəbər

Qubada sərt karantin rejiminə nəzarət gücləndirilib

Region | 17:29 • 14 Dekabr 2020
Qubada sərt karantin rejiminə nəzarət gücləndirilib

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən sərt karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edirlər. Sakinlərə zərurət yarandığı halda yalnız icazə sistemi vasitəsilə icazə aldıqdan sonra yaşadıqları yerləri tərk etmələri izah olunub.

Xəbər lenti

Çox oxunanlar