Xəzər Xəbər

Ağsuda yük avtomobili kanala aşıb, sürücü ölüb

Region | 10:08 • 15 Mart 2019
Ağsuda yük avtomobili kanala aşıb, sürücü ölüb

Ağsuda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Ərəbmehdibəy kəndi ərazisində baş verib. Belə ki, sürücü, 52 yaşlı Kəlbəcər sakini Məmmədov Mübariz Ağa oğlu Şirvan kanalı üzərindən "Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən səhhəti ağırlaşıb və idarəetməni itirib. Nəticədə yük maşını Yuxarı Şirvan kanalına aşıb və sürücü hadisə yerində dünyasını dəyişib. Ətrafdakı insanların köməyi ilə sürücünün cəsədi sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti