Xəzər Xəbər

Bərdədə qohumların mübahisəsi qanlı bitib

Region | 11:04 • 15 Mart 2019
Bərdədə qohumların mübahisəsi qanlı bitib

Bərdədə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.


Bərdə şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayev Vasif Vaqif oğlu aralarında baş verən münaqişə zəminində qohumu, Bərdə şəhər sakini, 1972-ci il təvəllüdlü Abdullayev Eldəniz Telman oğlunu bıçaqlayıb.


Üç bıçaq xəsarəti alan E.Abdullayev Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. V.Abdullayev isə şübhəli şəxs qismində həbs olunub.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanıb. (ONA)

Xəbər lenti

Çox oxunanlar