Xəzər Xəbər

Neftçalada kütləvi dava: bıçaqlananlar var

Region | 09:14 • 18 Aprel 2018
Neftçalada kütləvi dava:

Bu gecə Neftçala rayonunda kütləvi dava zamanı bıçaq xəsarəti alan şəxslərin kimliyi müəyyənləşib.


Rayondakı restoranlardan birində içki məclisinin sonunda baş verən insident zamanı Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Vüsal Əzzağa oğlu, Qırmızıkənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov Valid Həsənqulu oğlu və Salyan rayonunun Şorsulu kənd sakini, 1994-cü il təvəllüdlü Mirzəyev Babı İsmayıl oğlu çoxsaylı bıçaq xəsarəti alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Davada xəsarət almayan 2 nəfər saxlanılıb.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi başlanıb. (APA)

Xəbər lenti