Xəzər Xəbər

İsmayıllıda kütləvi dava: 4 nəfər bıçaqlanıb

Region | 12:26 • 22 Avqust 2017
İsmayıllıda kütləvi dava:

İsmayıllı rayonunda kütləvi dava olub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.

Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetiriib, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.

Xəbər lenti