Xəzər Xəbər

Azərbaycanın Xalq artisti vəfat edib

Mədəniyyət | 11:27 • 14 Avqust 2021
Azərbaycanın Xalq artisti vəfat edib

Azərbaycanın Xalq artisti Vaqif Əliyev vəfat edib.

Bu barədə xezerxeber.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ürək çatışmazlığından dünyasını dəyişən aktyor dünən Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışırdı. 1990-cı ildə “Əməkdar artist”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Xəbər lenti