Xəzər Xəbər

Elm adamlarından XƏBƏRDARLIQ! – Bu hadisə temperaturu ARTIRACAQ

Maraqlı | 18:40 • 26 Sentyabr 2022
Elm adamlarından XƏBƏRDARLIQ! – Bu hadisə temperaturu ARTIRACAQ

Dünyada hava temperaturu arta bilər.

”Science” jurnalının araşdırmasına görə, buna səbəb Sakit okeanda təxminən 170 adadan ibarət olan Tonqada vulkan püskürməsinin baş verməsi olacaq.

Belə ki, şiddətli püskürmə nəticəsində buraxılan böyük miqdarda su buxarı aylar ərzində qlobal istiləşmədə kiçik artıma gətirib çıxaracaq.

Qeyd edək ki, yanvarın 15-də Hunqa Haapai adasındakı Hunqa Tonqa vulkanında şiddətli püskürmə və ardınca baş verən sunami nəticəsində azı 6 nəfər həlak olmuşdu. İyul ayında nəşr olunan bir araşdırmada partlayışın atmosferə 160 milyon ton su buxarı səpdiyi yazılmışdı. /sfera.az