Xəzər Xəbər

Qəhvə içənlər diqqətli olun

Maraqlı | 13:13 • 25 İyun 2021
Qəhvə içənlər diqqətli olun

İngiltərədə aparılan bir araşdırmada hər növ qəhvənin istehlak edilməsinin xroniki qaraciyər xəstəliklərinin qarşısını ala biləcəyi ortaya çıxıb. 

İngiltərədəki Southampton Universitetinin tədqiqatçıları qəhvənin xroniki qaraciyər xəstəliyi riskini azaltdığını araşdıran bir iş aparıblar.

İngiltərədəki Bio Bank məlumatlarına əsaslanan araşdırmada 494 min 585 iştirakçının məlumatları analiz edilib. İştirakçıların 40 ilə 69 yaşları olduğu, bunlardan 384 min 818 nəfərinin qəhvə istehlak etdiyi, 109 min 767 nəfərin qəhvə istehlak etmədiyi qeyd edilib.

Təhlillər nəticəsində qəhvə istehlak edənlərin qəhvə istehlak etməyənlərə nisbətən xroniki qaraciyər xəstəliyi və qaraciyər kökəlməsi ilə əlaqəli xəstəliklərin inkişaf riskinin yüzdə 20 daha az olduğu müəyyən edilib./sia.az

Xəbər lenti