Xəzər Xəbər

"Quş dili"ndə ünsiyyət qurulan bu kənddə koronavirus xəstəsi yoxdur - FOTOLAR

Maraqlı | 13:00 • 19 Dekabr 2020
"Quş dili"ndə ünsiyyət qurulan bu kənddə koronavirus xəstəsi yoxdur -

Koronavirus təhlükəsi səbəbindən Türkiyənin Giresun vilayətinin Çanakçı mahalının Kuşköy kəndində aralarında sosial məsafə saxlayan sakinlər "quş dili" (fit) ilə əlaqə qurur.


Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Quş Dili Tanıtma Mədəniyyət və Turizm Dərnəyinin başçısı Şeref Başkan Kuşköy kəndində bu günə qədər koronavirus xəstəsinin qeydə alınmadığını söyləyib. 

O deyib ki, kənddə sosial məsafə gözlənilir, karantin qaydalarına əməl edilir: "Kəndimizdə sosial məsafə qaydalarına riayət edərək yaşayırıq. Kəndimizdə yaşayanlar arasında koronavirusa yoluxan olmayıb. "Quş dili"ndə danışmaqla tanınan kəndimiz, əvvəllər yerli və xarici turistlərin tez-tez üz tutduğu yerlərdən biri idi, lakin koronavirus səbəbilə kənardan heç kim gəlmir. Yaşlı insanların çoxu əvvəlki kimi "quş dili"ndə ünsiyyət qururlar. Məhəllələr arasında bir-birinə gedə bilməyən yaşlı insanlarımız, cib telefonlarından istifadə edə bilmədikləri üçün ən yaxşı bildikləri üsul olan "quş dili"ndən istifadə edirlər".


Xatırladaq ki, Türkiyənin Qara dəniz bölgəsində istifadə olunun "quş dili” ("fit dili") 2017-ci ildəUNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edildi.


Xəbər lenti