Xəzər Xəbər

Nadir xəstəliyə görə sutkada 22 saat yatır

Maraqlı | 10:59 • 27 Mart 2019
Nadir xəstəliyə görə sutkada 22 saat yatır

Böyük Britaniyanın Lester şəhərində yaşayan 21 yaşlı Roda Rodriqez Diaz sutkada 22 saat yatır.



Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb milyonda bir insanda tapılan nadir Kleyn-Levin xəstəliydir. Nadir xəstəlik səbəbindən Diaz həyatın onun yanından keçməsindən gileylənir.


"Bütöv həftə yatdığımı anlayanda real həyatın yanımdan keçditini anlayıram”-deyə tələbə qız gileylənib. Onun sözlərinə görə, ən uzunmüddətli yuxusu 3 həftə davam edib.



2018-ci ildə kurs işini vaxtında yazmadığı üçün və imtahanlara girmədiyi üçün universitetdən qovulan Diaz xəstəliyi ilə bağlı rəsmi diaqnozu göstərdikdən sonra "xüsusi qız” kimi yenidən ali məktəbə qəbul edilib.


Adətən, Kleyn-Levin sindromu yaxud yatmış gözəl xəstəliyi yeniyetməlik vaxtı müşahidə olunur və milyonda bir rast gəlinir.


Xəbər lenti