Xəzər Xəbər

Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında

Maraqlı | 09:08 • 27 Mart 2019
Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında

Dünyada məşhur olan "Vogue” jurnalının Paris nəşrinin portalında dünyanın səkkiz ən gözəl konsert zalı haqqında məlumat dərc olunub.


Dünyanın memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi də "Vogue”un siyahısında yer alıb. Mərkəzin məşhur memar Zaha Hadidin şah əsərlərindən biri olduğu diqqətə çatdırılıb.


Qeyd edilib ki, Heydər Əliyev Mərkəzi ölkəmiz üçün mədəniyyət və memarlığın yeni dövrünün rəmzidir. Memar bu əsəri vasitəsilə mədəniyyətimizin müxtəlif həssaslıqlarını və xalqın optimizmini əks etdirməyə çalışıb.


Dünyada böyük musiqiçilərin konsertləri keçirilmiş və ən gözəl hesab olunan bu konsert zallarının gizli sirlərlə dolu və bəzilərinin isə müasir memarlıq əsərlərinin şedevri olduğu vurğulanıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar