Xəzər Xəbər

Salyanda elektrik dirəyində ilişib qalan pişik xilas edilib

Maraqlı | 09:22 • 25 Fevral 2019
Salyanda elektrik dirəyində ilişib qalan pişik xilas edilib

Salyanda bir gündən çox elektrik dirəyində qalan pişik xilas edilib.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu maraqlı hadisə rayonun Şorsulu kəndində baş verib.


Sahibsiz itlərdən xilas olmaq üçün elektrik dirəyinə dırmaşan pişik bir gündən çox az-susuz, köməksiz vəziyyətdə qalıb. Onun səsini eşidən kənd sakinləri həmin əraziyə gəliblər.


Pişiyi xilas etmək üçün Salyan rayon Elektrik Şəbəkəsinin Şorsulu kəndi üzrə elektriki Həsən Hüseynov hadisə yerinə çağırılıb. O, təhlükəsizliyi təmin emək məqsədi ilə əvvəlcə elektrik verilişini dayandırıb. Sonar dirəyə çıxaraq pişiyi xilas edib.

Xəbər lenti