Xəzər Xəbər

Dünya ulduzları Bakıya gəlir

Maraqlı | 14:19 • 6 Dekabr 2018
Dünya ulduzları Bakıya gəlir

Dünya sirk ulduzları tezliklə Bakı Dövlət Sirkində

Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı ölkəmizə dəvət edib.

Sirkdən bildirilib ki, tamaşalar dekabrın 28-dən yanvarın 13-dək fasiləsiz nümayiş olunacaq.

Sirk şousunda əhliləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları, akrobatlar, perş qeyri-adi lazer və işıq effektləri, şən klounlar, Şaxta baba və Qar qızın çıxışları təqdim olunacaq.

Biletlər sirkin kassalarında hər gün saat 10-dan 20-dək satılır (AZƏRTAC)

Xəbər lenti