Xəzər Xəbər

Çində müəllim şagirdlərə `yüz milyon düyü dənəsini bir-bir sayma` tapşırığı verdi

Maraqlı | 17:30 • 10 Sentyabr 2018
Çində müəllim şagirdlərə `yüz milyon düyü dənəsini bir-bir sayma` tapşırığı verdi

Çində riyaziyyat müəlliminin şagirdlərinə verdiyi «yüz milyon düyü dənəsini bir-bir sayma» tapşırığı sosial mediada gündəm olub. Bu barədə "Shanghai Daily" xəbər verib.

Bildirilir ki, ölkənin Guangdong əyalətində Foşan şəhərində ibtidai məktəbdə dərs deyən riyaziyyat müəllimi şagirdlərə yüz milyon düyünü bir-bir saymaq barədə tapşırırıq verərək, məsələni sabaha qədər həll etmələrini və düyüləri məktəbə gətirmələrini istəyib.

Valideynləri bərk təəccübləndirən düyü tapşırığı «tək-tək say» haşteqi ilə sosial mediada geniş yayılıb: istifadəçilərin bəziləri tapşırığı tənqid edib, digərləri isə həll yolunu göstəriblər.

İstifadəçilərdən biri «bir il 365 gün, bir gün 24 saat, bir saat 3600 saniyədir. Hamısını vurduqda 31 milyon 536 min saniyə edər. Yəni yeməsəniz, içməsəniz, yatmasanız, saniyədə 3 düyü saysanız 100 mln düyü dənəsini bir ildə sayıb qurtara bilərsiniz», - deyir.

İstifadəçilərdən bir başqası isə «əvvəlcə bir miqdar düyü dənəsini sayıb ağırlığını ölçün. Sonra o ağırlığa görə yüz milyon düyünün ağırlığını hesablayın»,- kimi tövsiyə verib.

Yüz milyon düyü dənəsinin təqribən 2 ton ağırlığında olduğu bildirilən xəbərdə müəllimin şagirdləri fərqli həll yolları tapmağa yönləndirmək üçün belə bir tapşırıq verdiyi vurğulanıb. /faktxəbər

Xəbər lenti