Xəzər Xəbər

Dmitri Medvedev özünə "iPhone X" alıb - FOTO

Maraqlı | 13:29 • 17 Noyabr 2017
Dmitri Medvedev özünə "iPhone X" alıb -

Rusiyanın baş naziri Dmitri Medvedev özünə "iPhone X" smartfonu alıb.

 

İKT.lent.az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, baş nazir yeni telefonu ilə Voskresensk Yeni Yerusəlim monastırını ziyarət edərkən görüntülənib.

 

Şəkli TASS-ın fotomüxbiri Valeri Şarifulin çəkib. Medvedev özünün "İnstagram" səhifəsində bu səfəri ilə bağlı fotohesabat dərc edib.

 

Qeyd edək ki, "Apple" "iPhone X" smartfonunu sentyabrın 12-də təqdim edib. Rusiyada "iPhone X"un satışlarına noyabrın 3-dən başlanıb.

Xəbər lenti