Xəzər Xəbər

Alimlərin yeni iddiası: "Günəşin əkiz ulduzu olub"

Maraqlı | 12:32 • 14 İyun 2017
Alimlərin yeni iddiası:

Kainatda günəşəbənzər ulduzların əksəriyyəti cüt yaranır.

Persey bürcündəki toz buludları haqqında məlumatı təhlil edən Kaliforniya universitetinin alimləri bu qənaətə gəliblər. Alimlər təhlil vaxtı yaşı yarım milyon il və 1 milyon ilə qədər olan çoxsaylı yeni ulduz kəşf ediblər.


Onlardan 45-i tək ulduz, 19-u ikitqat və beşi isə çoxsaylı komponentlərə malikdir. Alimlər tərəfindən hazırlanmış bir ulduzyaranma modeli müşahidə edilən nəticələrə uyğun olub. Bu modelə əsasən ulduzlar qaz-toz buludlarından cüt-cüt yaranır. Buna əsaslanan alimlər güman edirlər ki, Günəş də əkiz ulduzu ilə birlikdə yaranıb.

Milyardlarla il nəticəsində bu əkiz ulduz Günəşdən aralanaraq digər ulduzlara qoşulub və qalaktikamıza yaxın ərazidədir./olke.az


Xəbər lenti