Xəzər Xəbər

Adi çizburger fantastik qiymətə satıldı

Maraqlı | 11:40 • 24 Mart 2017
Adi çizburger fantastik qiymətə satıldı

Birləşmiş Ərəb Əmirliyində xeyriyyə hərracında dünyanın ən bahalı çizburgeri satılıb.

İstiPress-in məlumatına görə, çizburger rekord qiymətə - 10 min dollara satılıb.

Qıda məhsulunu BƏƏ hökumətinin statistika departamentinin rəhbəri şeyx Məhəmməd Abdulla əl-Tani hazırlayıb.

O, həmçinin xərçəng xəstəliyinə qarşı mübarizə aparan "Pink Caravan” fondunun xoşməramlı səfiridir.

Hərracda 4 burger olub ki, onların hamısını Məhəmməd Abdulla əl-Tani hazırlayıb.

Əldə edilən gəlir "Pink Caravan” fonduna köçürülüb.

Xəbər lenti