Xəzər Xəbər

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq

İqtisadiyyat | 12:51 • 12 May 2023
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı Azərbaycan tərəfi üçün 75 %, Özbəkistan tərəfi üçün isə 25 % müəyyənləşdirilib. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Xəbər lenti