Xəzər Xəbər

Son 100 ildə ilk: Rusiya defolt elan etdi

“Bloomberg”: Rusiyada son bir əsrdə ilk defolt elan edib
İqtisadiyyat | 09:50 • 27 İyun 2022
Son 100 ildə ilk: Rusiya defolt elan etdi

Rusiya 1918-ci ildən bu günə kimi ilk dəfə suveren valyuta borcunu ödəməkdən imtina edib.

Bu barədə “Bloomberg” xəbər verir. 

Məlumata görə, iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddəti başa çatıb.

Nəşr vurğulayır ki, bu, 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etməsindən sonra ölkənin xarici borcuna görə ilk defoltudur./report

Xəbər lenti