Xəzər Xəbər

Bu ölkə un və buğda ixracına qoyulan qadağanı ləğv etdi

İqtisadiyyat | 15:35 • 26 İyun 2022
Bu ölkə un və buğda ixracına qoyulan qadağanı ləğv etdi

Moldovanın Fövqəladə Hallar Komissiyası buğda və unun ixracına qoyulan qadağanı aradan qaldırmaq barədə qərar qəbul edib.

Bu barədə ölkənin Nazirlər Kabinetinin saytında bildirilib.

Qeyd edək ki, Moldovada buğda (martın 1-də tətbiq edilib) və un (martın 12-də tətbiq edilib) ixracına qoyulan qadağa ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı./Publika.az

Xəbər lenti