Xəzər Xəbər

Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək - Prezident qanuna dəyişiklik etdi

Həmçinin onlar özünüməşğulluğa da cəlb olunacaq
İqtisadiyyat | 15:33 • 17 Yanvar 2022
Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək - Prezident qanuna dəyişiklik etdi

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məşğulluq haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Həmçinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.

Xəbər lenti