Xəzər Xəbər

Neft Fondunun iyulda dollar satışı azalıb

İqtisadiyyat | 12:32 • 2 Avqust 2021
Neft Fondunun iyulda dollar satışı azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən iyul ayı ərzində valyuta hərraclarında 461,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə xezerxeber.az-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, Neft Fondu iyundakı valyuta hərraclarında 463,6 milyon dollar satmışdı.

ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.

Xəbər lenti